Qənaət etmək istəyirəm
1 AZN çoxdur? Unutmayın ki, əgər siz hər gün 1 AZN qənaət etsəniz, bir ildə 365 AZN yığım etmiş olacaqsınız. Bu ehtiyaclarınız üçün çox azdır? Aşağıda qeyd edilən məsləhətlərə əməl edin və arzularınıza doğru kiçik uğurlu addımlar atın.
- Qəpikləri və ya müəyyən əskinazları yığmağa başlayın – məsələn, 5 AZN və ya 1 AZN kənara qoyun.
- Hər dəfə bazarlıq edəndə qalıq pulları yığın. Onları hər hansı bir qaba və ya qutuya qoyun və evdə hər gün görə biləcəyiniz bir yerə yerləşdirin.
- Xərclərinizi müəyyənləşdirin – Hər dəfə gəlir əldə edəndə onun bir hissəsini kənara qoyun – 5 AZN (5 ədəd çörəyin xərci) ilə başlayın. Bu pulları ayrıca bir hesaba/qutuya/qaba qoyun.
- Xərcləyərkən qənaət edin: Hər bir xərcinizlə bərabər, bəzi pulları kənara qoyun, məsələn əgər siz mağazada 15 AZN ödəyirsinizsə, 1 AZN əlavə kənara qoyun.
- Evdən çıxanda pul qabınızı götürərkən içindəki qəpikləri və qalıq pulları qutuya/qaba qoyun.
- Bank hesabınızda belə bir funksiyanı aktivləşdirin: Hər dəfə siz kartla ödəniş edəndə sizin ödədiyiniz məbləğ 1, 5 və ya 10 AZN-ə yuvarlaqlaşdırılır (özünüz seçə bilərsiniz). Bu fərq (yuvarlaqlaşdırılan və ödənilən məbləğlər arasındakı fərq) sizin deposit hesabınıza köçürülür.
- Əgər siz işdə illik və ya aylıq bonus qazanırsınızsa, onun bir hissəsini kənara qoyun – əksər insanlar 50 AZN kənara qoyur.
- Yeni il və ya Novruz bayramı üçün (başqa bayramla da əvəz edə bilərsiniz) hədiyyə seçməyə sentyabrda qiymətlər qalxmazdan əvvəl başlayın.
- Yeni il və ya Novruz bayramı üçün hazırlıqlar görün, iyul ayından başlayaraq hər ay 10 AZN kənara qoyun.
- Əgər sizin bir neçə müxtəlif gəlir mənbəyiniz varsa, onlardan birini kənara qoyun.
- Əgər sizin qeyri müntəzəm gəlirləriniz varsa, hər dəfə 1000 AZN-dən çox (məsələn 1100 AZN) qazananda əlavə pulu kənara qoyun. (məsələn 100 AZN)
- Əgər maaşınız çoxdursa, pulları bölüb xüsusi zərflərdə saxlayın: hesablar üçün, ərzaq üçün, gündəlik xərclər üçün, gözlənilməz xərclər və yığımlar üçün – zərfdəkindən çox pul xərcləməyin. Yığm üçün olan zərfi gündəlik istifadə etməyin.
Digər məsləhətlərdən imtina edin:
Xərclərimi daha ağıllı idarə etmək istəyirəm
Hesablarımı vaxtında ödəmək istəyirəm
Borclarımı daha düzgün idarə etmək istəyirəm
Daha ağıllı borc almaq istəyirəm