Bu, sizin düşündüyünüzdən daha asandır – aşağıdakı məsləhətlərimizi sınayın – yoxlamaq istədiyiniz hər hansı birini seçin:
Yeyinti məhsulları üçün bazarlığımı daha sərfəli etmək istəyirəm:
Yeyinti məhsulları üçün bazarlığımı daha sərfəli etmək istəyirəm:
- [Giriş] Edə biləcəyiniz ən sadə hərəkətlərə nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin.
- Bazarlıq etməzdən əvvəl alacaqlarınızın siyahısını hazırlayın və ya soyuducunuzun və dolabınızınşəklini çəkin.
- Alış-verişə ac getməyin! Daha az məhsul alacaqsınız.
- Nağd pul ilə alış-veriş edin – xərclərinizə limit qoyun.
- Bazarlıq üçün gündəlik büdcənizini planlayın.
- Əgər siz hər hansı məhsulun reklamı məqsədilə təklif edilən endirimlə almısınızsa, onu dondurun və hissə-hissə isfitadə edin. (qismən istehlak üçün)
- Qida artıqlığını azaldın: Həftəlik menyunuzu planlaşdırın və ona uyğun bazarlıq edin. Menyunu hal-hazırda soyuducunuzda və mətbəx dolabınızda olan ərzaqlara uyğun hazırlayın.
Əyləncə üçün daha az pul xərcləmək istəyirəm:
Əyləncə üçün daha az pul xərcləmək istəyirəm:
Edə biləcəyiniz ən sadə hərəkətlərə nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin:
- Əyləncə üçün xərcləyəcəyiniz gündəlik büdcəni planlaşdırın.
- Sevimli şirniyyatlarınızı seçilmiş günlərdə alın (əksər insanlar bazar ertəsi, çərşənbə və cüməni seçirlər)
- Küçədən yemək almaq əvəzinə qəlyanaltını evdə hazırlayıb işə aparın.
- Kitabı almaq əvəzinə kirayəyə götürün.
- Kinoteatra cümə və ya şənbə günü (biletlərin daha bahalı olduğu günlər) əvəzinə həftəiçi gedin.
- Hər səhər gün ərzində nə qədər pul xərcləyəcəyinizi planlayın və buna əməl edin. Ehtiyac varsa, telefonunuza bu haqda xatırlatma da qoya bilərsiniz.
Evdən kənarda yemək xərclərimi daha sərfəli etmək istəyirəm:
Evdən kənarda yemək xərclərimi daha sərfəli etmək istəyirəm:
Edə biləcəyiniz ən sadə şeylərə nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin:
- Həftədə bir dəfə nahar yeməyinizi evdə hazırlayıb işə aparın.
- Evdən kənarda yemək üçün həftəlik büdcənizi planlaşdırın.
- Suyu şəhərin mərkəzində baha qiymətə almaq əvəzinə evdən aparın.
Evdən kənarda yemək yeyəcəyiniz günləri seçin – əksər insanlar cümə və şənbə günlərini seçirlər.
Mən paltar alış-verişimi daha ağıllı etmək istəyirəm:
Mən paltar alış-verişimi daha ağıllı etmək istəyirəm:
Edə biləcəyiniz ən sadə hərəkətlərə nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin:
- Nağd pul ilə alış-veriş edin – xərclərinizə limit qoyun.
- Yeni paltarları iki aydan bir alın.
- Əgər siz almaq istədiyiniz paltarı tapmısınızsa, satıcıdan onu sizin üçün iki gün saxlamasını xahiş edin və onu almaq üçün iki gün gözləyin.
- Plansız olaraq hər hansı bir əşyanı almazdan əvvəl ailə üzvlənizlə məsləhətləşin.
Gündəlik səyahətlərimi daha ağıllı etmək istəyirəm:
Gündəlik səyahətlərimi daha ağıllı etmək istəyirəm:
Edə biləcəyiniz ən sadə hərəkətlərə nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin:
- Bəzən öz avtomobilinizin yerinə ictimai nəqliyyatdan istifadə edin.
- İşə gedərkən maşınınızı qonşunuz ilə paylaşın – xərcləri aranızda bölün.
Kommunal xərclər üçün daha az xərcləmək istəyirəm:
Kommunal xərclər üçün daha az xərcləmək istəyirəm:
Edə biləcəyiniz ən sadə hərəkətlərə nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin:
- İstifadə etdiyiniz elektrik lampalarını enerjiyə qənaət edənləri ilə əvəz edin.
- Qurğuları gözləmə rejimindən çıxarın. (adapterlər, soba və s.)
- Suya qənaət etmək üçün vanna qəbul etmək əvəzinə duş alın.
- Dişlərinizi fırçalayarkən suyu bağlı saxlayın.
- Otaqdan çıxarkən işığı söndürün.
- Yemək bişirərkən enerjiyə qənaət etmək üçün qazanı qapaqla bağlayın.
- Əgər bir stəkan çay üçün su qaynatmaq lazımdırsa, ehtiyacınız olduğundan artıq su qaynatmayın.
- Pəncərəni açarkən qızdırıcını söndürün (soyuq fəsillərdə).