Qənaət etmək istəyirəm
- Qəpikləri və ya müəyyən əskinazları yığmağa başlayın – məsələn, 5 AZNvə ya 1 AZN kənara qoyun.
- Hər dəfə bazarlıq edəndə qalıq pulları yığın. Onları hər hansı bir qaba və ya qutuya qoyun və evdə hər gün görə biləcəyiniz bir yerə yerləşdirin
- Xərcləyərkən qənaət edin: Hər bir xərcinizlə bərabər bəzi pulları kənara qoyun, məsələn əgər siz mağazada 15 AZN ödəyirsinizsə, 1 AZNəlavə kənara qoyun
- Evdən çıxanda pul qabınızı götürərkən içindəki qəpikləri və qalıq pulları qutuya/qaba qoyun
- Əgər sizin bir neçə müxtəlif gəlir mənbəyiniz varsa, onlardan birindən gələn gəliri kənara qoyun
- İş həftəsinə əmanət yığaraq başlayın
- Bank hesabınızda belə bir funksiyanı aktivləşdirin: hər dəfə siz kartla ödəniş edəndə sizin ödədiyiniz məbləğ 1, 5 və ya 10 AZN-ə-ya yuvarlaqlaşdırılır (özünüz seçə bilərsiniz). Bu fərq (yuvarlaqlaşdırılan və ödənilən məbləğlər arasındakı fərq) sizin yığım hesabınıza köçürülür.
- Ailə qənaət məqsədləri üçün bütün ailə üzvlərinizlə razılaşın (məsələn səyahətə getmək və hər kəsin günlük və həftəlik nə qədər pul yığa biləcəyi) – şəkilli qablar qoyun və bütün ailənin yığdığı pulu orada saxlayın
- Əgər siz işdə illik və ya aylıq bonus qazanırsınızsa, onun bir hissəsini kənara qoyun – əksər insanlar 50 AZN kənara qoyur
- Əgər sizin qeyri-müntəzəm gəlirləriniz varsa, hər dəfə1000 AZN-dən çox (məsələn 1100 AZN) qazananda əlavə pulu kənara qoyun (məsələn 100 AZN)
- Əgər siz hər zamankından çox gəlir əldə etmisinizsə, əlavə pulun yarısını kənara qoyun
- Bayram üçün hədiyyə seçməyə sentyabrda qiymətlər qalxmazdan əvvəl başlayın
- Bayram üçün hazırlıqlar görün, iyul ayından başlayaraq hər ay 50 AZN kənara qoyun.
- Ailə üzvlərinizə və dostlarınıza yeni qənaət vərdişləriniz və məqsədləriniz haqqında danışın və onlardan sizə nəzarət etmələrini xahiş edin.
- Bu ayın hesablarını ödəyərkən növbəti ayınkıları da ödəyin – bununla siz hər ikinci ay əlavə pul qənaət etmiş olacaqsınız.
Digər məsləhətlərdən imtina edin:
Xərclərimi daha ağıllı idarə etmək istəyirəm