Xərclərimi daha ağıllı idarə etmək istəyirəm

Bu, sizin düşündüyünüzdən daha asandır – aşağıdakı məsləhətlərimizi sınayın – yoxlamaq istədiyiniz hər hansı birini seçin:

  • Edə biləcəyiniz ən sadə hərəkətlərə nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin.
  • Bazarlıq etməzdən əvvəl alacaqlarınızın siyahısını hazırlayın və ya soyuducunuzun və dolabınızınşəklini çəkin.
  • Alış-verişə ac getməyin! Daha az məhsul alacaqsınız.
  • Nağd pul ilə alış-veriş edin – xərclərinizə limit qoyun.
  • Bazarlıq üçün gündəlik büdcənizini planlayın.
  • Əgər siz hər hansı məhsulun reklamı məqsədilə təklif edilən endirimlə almısınızsa, onu dondurun və hissə-hissə isfitadə edin. (qismən istehlak üçün)
  • Qida artıqlığını azaldın: Həftəlik menyunuzu planlaşdırın və ona uyğun bazarlıq edin. Menyunu hal-hazırda soyuducunuzda və mətbəx dolabınızda olan ərzaqlara uyğun hazırlayın.

Edə biləcəyiniz ən sadə hərəkətlərə  nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin:

  • Əyləncə üçün xərcləyəcəyiniz gündəlik büdcəni planlaşdırın.
  • Sevimli şirniyyatlarınızı seçilmiş günlərdə alın (əksər insanlar bazar ertəsi, çərşənbə və cüməni seçirlər)
  • Küçədən yemək almaq əvəzinə qəlyanaltını evdə hazırlayıb işə aparın.
  • Kitabı almaq əvəzinə kirayəyə götürün.
  • Kinoteatra cümə və ya şənbə günü (biletlərin daha bahalı olduğu günlər) əvəzinə həftəiçi gedin.
  • Hər səhər gün ərzində nə qədər pul xərcləyəcəyinizi planlayın və buna əməl edin. Ehtiyac varsa, telefonunuza bu haqda xatırlatma da qoya bilərsiniz.

Edə biləcəyiniz ən sadə şeylərə nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin:

  • Həftədə bir dəfə nahar yeməyinizi evdə hazırlayıb işə aparın.
  • Evdən kənarda yemək üçün həftəlik büdcənizi planlaşdırın.
  • Suyu şəhərin mərkəzində baha qiymətə almaq əvəzinə evdən aparın.

Evdən kənarda yemək yeyəcəyiniz günləri seçin – əksər insanlar cümə və şənbə günlərini seçirlər.

Edə biləcəyiniz ən sadə hərəkətlərə nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin:

  • Nağd pul ilə alış-veriş edin – xərclərinizə limit qoyun.
  • Yeni paltarları iki aydan bir alın.
  • Əgər siz almaq istədiyiniz paltarı tapmısınızsa, satıcıdan onu sizin üçün iki gün saxlamasını xahiş edin və onu almaq üçün iki gün gözləyin.
  • Plansız olaraq hər hansı bir əşyanı almazdan əvvəl ailə üzvlənizlə məsləhətləşin.

Edə biləcəyiniz ən sadə hərəkətlərə  nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin:

  • Bəzən öz avtomobilinizin yerinə ictimai nəqliyyatdan istifadə edin.
  • İşə gedərkən maşınınızı qonşunuz ilə paylaşın – xərcləri aranızda bölün.

Edə biləcəyiniz ən sadə hərəkətlərə nəzər yetirin. Sizə ən uyğun olanları seçin və onlara gündəlik əməl edin:

  • İstifadə etdiyiniz elektrik lampalarını enerjiyə qənaət edənləri ilə əvəz edin.
  • Qurğuları gözləmə rejimindən çıxarın. (adapterlər, soba və s.)
  • Suya qənaət etmək üçün vanna qəbul etmək əvəzinə duş alın.
  • Dişlərinizi fırçalayarkən suyu bağlı saxlayın.
  • Otaqdan çıxarkən işığı söndürün.
  • Yemək bişirərkən enerjiyə qənaət etmək üçün qazanı qapaqla bağlayın.
  • Əgər bir stəkan çay üçün su qaynatmaq lazımdırsa, ehtiyacınız olduğundan artıq su qaynatmayın.
  • Pəncərəni açarkən qızdırıcını söndürün (soyuq fəsillərdə).


Digər məsləhətlərdən imtina edin:

Qənaət etmək istəyirəm

Ailəmin gələcəyini təmin etmək istəyirəm

Daha ağıllı borc almaq istəyirəm