Daha ağıllı borc almaq istəyirəm

Aşağıda sizə kreditə ehtiyacınız olub-olmadığınızı anlamaq və kredit götürməyə hazırlaşmaq üçün bilməli olduğunuz 4 vacib sual və məsləhət verilmişdir:

  • Krediti geri ödəmək üçün aylıq yığmalı olduğunuz pulu dəqiqliklə hesablamağı öyrənin. Yığılan pul miqdarı qazandığınız və xərclədiyiniz məbləğlər arasındakı fərqdir. Bu hesablamaya yalnız əmin olduğunuz gəlirlərinizi daxil edin.
  • Aylıq kredit ödənişi aylıq yığım edə biləcəyiniz məbləğin pulun 70%-dən çox olmamalıdır. Məsələn, əgər Gəlir = 1000 və Xərclər = 800 olarsa, Yığılan pul = 200. Bu halda Aylıq kredit ödənişi = 140 (maksimum)
  • Gəlirləriniz ilə eyni valyutada kredit götürün. Xarici valyuta kreditin daha az faiz dərəcəsi olsa da, məzənnə dəyişikliyi riski vardır. Əgər siz həmin valyutada gəlir əldə etmirsinizsə, sonralar düşündüyünüzdən daha çox geri ödəniş etməli ola bilərsiniz, çünki iki valyuta üçün məzənnədə bəzi dəyişikliklər sizin əleyhinizə ola bilər.
  • Kreditlərin xərclərini müqayisə etmək üçün FİFD/EİFD-yi yoxlayın
  • Unutmayın ki, aşağı faiz dərəcəsi həmişə kredit götürmənin daha ucuz başa gələcəyinə zəmanət vermir. Buraya ümumi xərci artıran başqa xərclər də daxildir.
  • Geri ödəniş üçün yalnız faizləri yox, bütün xərcləri hesabladığınıza əmin olun.
  • Aqressiv borc verənlərdən uzaq olun – xüsusi təkliflər nadir hallarda həqiqətən xüsusi olur.
  • Kreditin müddətinin uzunluğunu diqqətlə analiz edin – çox uzun müddət ərzində aşağı məbləğdə ödənişlər həmişə ucuz başa gəlmir.
  • Müqaviləni həmişə əvvəldən axıra qədər hər bir müddəasını və şərtlərini tam oxuyun
  • İmzalamazdan əvvəl cavab tapmalı olduğunuz 10 sual:
  1. Faiz dərəcəsi nədir?
  2. Başqa hər hansı ödənişlər tələb olunur? Hansı növ və nə qədər?
  3. Geri ödəniş üçün cədvəl necədir? Hər ay nə qədər və nə zaman ödəniş etməliyəm?
  4. Necə ödəniş edəcəyəm?
  5. Krediti tam olaraq nə vaxt götürəcəyəm?
  6. Ödənişlərə güzəşt dövrü olması mümkündürmü? Şərtlər nədir?
  7. Gec ödənişlər üçün hansı cərimələr vardır? Gec ödəniş üçün prosedurlarla maqraqlanın. Cərimələrin maksimum həddi üçün limitlər var?
  8. Əgər qəfildən vaxtında ödəmə ilə bağlı problemim olsa, nə edə bilərəm? kreditin vaxtının dəyişdirilməsi üçün nələr təklif edir?
  9. Krediti vaxtından əvvəl ödəyə bilərəm? Bunun üçün hər hansı xərc tələb olunur?
  10. 10. Əgər bir və ya bir neçə dəfə ödənişi edə bilməsəm, nələr olacaq?
  • Həddindən artıq borc geri ödəmə üçün problemlər yarada bilər. Rahatlıqla ödəyə biləcəyiniz məbləğdə borc alın və 100% əmin olun ki, xərcləri bilirsiniz.
  • Bir neçə kredit götürməkdən yayının: eyni anda müxtəlif kreditlər artıq borclanmanıza səbəb ola bilər. Bir krediti digəri ilə ödəməyin.
  • İnvestisiya üçün kreditlər götürün, çox istədiyiniz, lakin ehtiyacınız olmayan şeylər üçün borc almayın.
  • Ağıllı borc almağa daxildir: Mülk almaq – kirayə pulu ödəməkdənsə, faizləri ödəyərək sonda evə sahib olmaq. Öz biznesini qurmaq – gələcək üçün gəlir mənbəyi hazırlamaq. Siz və ya uşaqlarınız üçün təhlis – ixtisaslaşmaq daha yüksək gəlirlə nəticələnməlidir. Evi yeniləmək – məsələn enerjiyə qənaət, daha az su və güc sərf edən yeni ağ əşyalar.
  • Təhlükəli borc almağa daxildir: Başqa borcları ödəmək, bayramlar və lüks əşyalar, şənliklər və hədiyyələr. Belə alış-verişlər üçün kredit götürmək əvəzinə pul yığmağı seçin.

Digər məsləhətlərdən imtina edin:

Qənaət etmək istəyirəm

Xərclərimi daha ağıllı idarə etmək istəyirəm

Ailəmin gələcəyini təmin etmək istəyirəm